Erməni kilsəsi lideri: Koordinasiya Şurası yaradıldı, ruhani dəyişikliklər yaxın gələcəkdə görünəcək
Baltik ölkələri üzrə AAÇ arxiyepiskopu Vazgen Mirzaxanyan bildirib ki, Baş nazir Paşinyanın təşəbbüsü ilə yaradılan Koordinasiya Şurası artıq fəaliyyətə başlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, şuraya digər insanlar da qoşulacaq və məsləhətləşmələr yolu ilə vəziyyətdən çıxış tapılacaq.
Mirzaxanyan Katolikosun siyasi təsirlər altında qərar verdiyini, lakin sakit şəkildə istefaya gedəcəyi zaman heç kimin ona mane ola bilməyəcəyini vurğulayıb. O əlavə edib ki, yaxın gələcəkdə ruhani dəyişikliklər görünəcək və həqiqət işıq kimi qaranlığı aradan qaldıracaq.
Nəzrin Abbas
12:56 07.01.2026
Oxunuş sayı: 2228