Kurskdə partizan hərəkatı “ATEŞ” telekommunikasiya qülləsini məhv etdi
Partizan hərəkatı “ATEŞ”-in agenti Kursk şəhərində diversiya həyata keçirərək rus hərbi və güc strukturlarının istifadə etdiyi telekommunikasiya qülləsini məhv edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hərəkatın nümayəndələri bildirir ki, zərbə regiondakı rabitə sisteminə ciddi ziyan vurub. Əməliyyatın məqsədi əsas kommunikasiya düyünü olub, hansı ki, Kurskdə yerləşən Rusiya Silahlı Qüvvələri və digər güc strukturları tərəfindən aktiv istifadə olunub.
Hərəkatın açıqlamasına görə, qüllənin məhv edilməsi 27-ci RHBZ briqadası, Kursk vilayəti üzrə Rusiya FSB və FSIN idarələri, həmçinin digər bir sıra hərbi obyektlər arasında rabitəni pozub.
Nəzrin Abbas
12:51 07.01.2026
Oxunuş sayı: 2317