Kostroma yaxınlığında hərbi arsenal kamikadze dronlarla vuruldu
Kostroma vilayətinin Neya şəhəri yaxınlığında yerləşən QRAU-nun 100-cü arsenalına kamikadze dronlarla zərbə endirilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, region qubernatoru Sergey Sıtnikov bildirib ki, vurulan dronun qalıqları hərbi hissənin ərazisinə düşüb və nəticədə yanğın baş verib. Yerli sakinlərin evlərinə və xəstəxanaya ziyan dəydiyi qeyd olunub. Hakimiyyət orqanları şəhərin cənub hissəsinin sakinləri üçün müvəqqəti evakuasiya məntəqəsi təşkil edib.
Nəzrin Abbas
12:36 07.01.2026
Oxunuş sayı: 2243