ABŞ Yaxın Şərqə hava qüvvələrini və ağır hərbi təyyarələrini göndərir
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqə onlarla hava tankeri və ağır hərbi təyyarəsi (C-5 və C-17 Globemaster) göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ-nin müxtəlif bazalarından, həmçinin Britaniyadakı hava bazasından KC-135 Stratotanker və KC-46A Pegasus tankerləri, eləcə də C-17 Globemaster III və C-5M Galaxy ağır hərbi təyyarələri son bir neçə saat ərzində Yaxın Şərq istiqamətində havaya qalxıb. Belə ki, bu təyyarələr adətən hərbi heyət, texnika və xüsusi təyinatlı bölmələrin daşınması üçün istifadə olunur.
Fatimə Məmmədova
12:29 07.01.2026
Oxunuş sayı: 2870