Türkiyə İskəndərundakı 40 erməni kilsəsini bərpa edəcək
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İskəndərundakı 40 erməni kilsəsinin zəlzələ nəticəsində zərər görmüş hissələrinin bərpasına dəstək verəcək.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Konstantinopolun erməni patriarxı, arxiyepiskop Sahak Maşalyan bu barədə Milad bayramı münasibətilə keçirilən icma qəbulu zamanı məlumat verib.
19-cu əsrin sonlarında tikilmiş kilsə, 2023-cü ilin fevralında Türkiyə-Suriya sərhədində baş verən 7,8 bal gücündə zəlzələ zamanı zərər görüb.
Nəzrin Abbas
12:23 07.01.2026
Oxunuş sayı: 2359