Hələbdə Suriya Ordusu ilə SDF arasında döyüşlər yenidən alovlanıb
Suriyanın Hələb şəhərində Suriya Ordusu ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında silahlı toqquşmalar baş verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, döyüşlər əsasən Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında gedir və artilleriya, zirehli texnika ilə müşayiət olunur.
İlkin məlumatlara görə, mülki şəxslər də daxil olmaqla 3-7 nəfər həyatını itirib, 20-dən çox yaralı var. Qısa müddətli atəşkəs pozulub və tanklar da daxil olmaqla gücləndirici qüvvələr səhnəyə çıxıb.
Dəməşq hücumları SDF-nin “təxribatlarına” cavab olaraq izah edir, kürd tərəfi isə hökumət qüvvələrini əhaliyə təzyiq göstərməkdə günahlandırır.
Nəzrin Abbas
11:57 07.01.2026
Oxunuş sayı: 2320