Kolumbiya Prezidenti: Trampdan təhdid yox, medallar gözləyirik
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin Kolumbiya liderinə qarşı hərəkətsizlik ittihamlarını “siyasi cəhətdən irrasional” adlandırıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Petro bildirib ki, Kolumbiya yüzlərlə əsgər və polis əməkdaşının həyatını itirdiyi, ABŞ da daxil olmaqla dünya miqyasında kokain ixracının qarşısını almağa yönəlmiş narkotiklərlə mübarizə səylərinə görə minnətdarlıq gözləyir.
Prezident vurğulayıb: “Necə olur ki, ABŞ dəstəyini geri çəkir, heç nə etmir, effektivliyimizi tənqid edir və bizə medallar vermək əvəzinə mənə və ailəmə hücum edir? Mən şəxsən bu strategiyanı hazırladım və onun həyata keçirilməsini əmr etdim.”
Nəzrin Abbas
11:37 07.01.2026
Oxunuş sayı: 1543