ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan birgə bəyannaməni imzalamayıb.
Crossmedia.az bu barədə Politico nəşroinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən sənəd yalnız “könüllülərin koalisiyası” tərəfindən dəstəklənib.
Bildirilib ki, liderlərin yekun birgə bəyanatında Vaşinqtonun Kiyevi birbaşa dəstəkləmək niyyəti yer almayıb. Halbuki daha əvvəl hazırlanmış və sonradan ləğv edilən layihədə ABŞ-nin Ukraynaya mümkün hücum halında hərbi qüvvələrin dəstəklənməsi, kəşfiyyat məlumatlarının toplanması və logistika yardımının göstərilməsi ilə bağlı öhdəliklər mövcud idi.
Qeyd olunan müddəaların sənədin yekun mətnindən çıxarıldığı vurğulanır. Bu qərar ABŞ-ın Ukrayna məsələsində mövqeyinin yenidən nəzərdən keçirildiyi kimi qiymətləndirilir.
Nəzrin Abbas