Magistral yollarda görmə məhdudlaşacaq
Yanvarın 6-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Vurğulanıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
17:50 05.01.2026
Oxunuş sayı: 1798