Bu gün geomaqnit qasırğası olacaq - DİQQƏTLİ OLUN
Bu gün G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
Crossmedia.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, 2025-ci il 31 dekabr və 2026-cı il 1 yanvarda qeyd olunan Tac Kütlə Atılmalarının təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.
17:26 05.01.2026
Oxunuş sayı: 1644