Pentaqon ətrafında pizza həyəcanı
ABŞ-da qeyri-rəsmi indikator kimi tanınan “pizza indeksi” yenidən diqqət mərkəzinə gəlib. Müşahidələrə görə, Pentaqonun yaxınlığında yerləşən Papa John’s pizza restoranında sifarişlərin sayı qısa müddətdə 1250 faiz artıb.
Crossmedia.az xəbər verir ki,müqayisə üçün qeyd edək ki, ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi zərbələr zamanı eyni məkanda sifariş artımı təxminən 700 faiz səviyyəsində olmuşdu. Hazırkı göstərici isə əvvəlki pikləri xeyli üstələyir.
“Pizza indeksi” termini ABŞ-da hərbi və siyasi gərginlik dövrlərində Pentaqon əməkdaşlarının iş saatlarının uzanması fonunda yaxınlıqdakı pizzarestoranlarda sifarişlərin kəskin artmasını ifadə edir. Rəsmi mənbələr bu göstəricini təsdiqləməsə də, analitiklər və sosial şəbəkə istifadəçiləri illərdir bu cür sıçrayışları mümkün fövqəladə proseslərin qeyri-rəsmi əlaməti kimi şərh edirlər.
Hazırda sifarişlərdəki rekord artımın konkret səbəbləri barədə rəsmi açıqlama verilməyib. Bununla belə, müşahidəçilər regionlarda artan beynəlxalq gərginlik fonunda Vaşinqtonda təhlükəsizlik və müdafiə strukturlarının intensiv rejimdə işlədiyini istisna etmirlər.
Nastya Qəniyeva
17:23 05.01.2026
Oxunuş sayı: 1851