ABŞ-nin Maduronu ələ keçirməsi dünya nizamını sarsıdır
ABŞ Dəniz Piyada Korpusu veteranı və hərbi müxbir Con Mark Duqan Venesuela prezidenti Nikolas Maduronun ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən oğurlanmasını “qlobal dünya nizamının əsaslarını dağıdan fəlakətli siyasi səhv” adlandırıb.
Crossmedia.az xəbər verir ki,Duqanın sözlərinə görə, Donald Trampa müsbət yanaşmaq belə bu əməliyyatın ciddi yanlış olduğunu qəbul etməyə mane olmamalıdır. O bildirib ki, Maduronun siyasətini bəyənməmək də gələcəkdə razılaşdığınız liderləri qoruyan hüquqi mexanizmlərin artıq sarsıdıldığını anlamağa əngəl deyil. Ekspert vurğulayıb ki, ABŞ bu addımı ilə hazırkı xarici dövlət başçısını ələ keçirmək və onu öz daxili məhkəmə sistemi çərçivəsində mühakimə etmək hüququnu özünə tanıyıb və bununla da təhlükəli bir həddi keçib.
“Əgər suverenlik yalnız dostlara şamil olunursa, artıq hüquq mövcud deyil — yalnız güc qalır. İmperiyalar zəif olduqları üçün deyil, özlərini nəticələrdən kənar hesab etdikləri üçün süqut edirlər”, — deyə Duqan qeyd edib.
Onun fikrincə, bu cür addımlar beynəlxalq hüququn əsas prinsiplərini ciddi şəkildə zədələyir və qlobal miqyasda təhlükəli presedent yaradır.
Nastya Qəniyeva
12:09 05.01.2026
Oxunuş sayı: 2713