ABŞ senatoru: Maduro ABŞ-nin təklifini qəbul etsəydi, bu gün Türkiyədə ola bilərdi
ABŞ senatoru Lindsi Qrem Venesuela Prezidenti Nikolas Maduronun vəziyyəti ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, Maduro ABŞ-nin təklifini qəbul etsəydi, bu gün o, Türkiyədə ola bilərdi:
“Daha yaxşı olardı ki, o, bizim təklifimizi qəbul etsin. Maduro yalnız özünə arxalanmalıdır. Biz ona vəziyyətdən çıxış yolu təqdim etmişdik. Amma o, cəsarət edib Tramp və ABŞ ordusuna meydan oxudu- və indi həbsdədir".
Fatimə Məmmədova
11:35 05.01.2026
Oxunuş sayı: 2733