İlon Mask Tramp ailəsi ilə şam yeməyində
Dünyanın ən varlı adamı olan sahibkar İlon Mask ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatdan sonra ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla birlikdə şam yeməyində iştirak edib.
Bu barədə Crossmedia.az xəbər verir.
Mask həmin anı əks etdirən fotonu X sosial şəbəkəsində paylaşıb. O, paylaşımına yazdığı qeyddə axşamın xoş keçdiyini vurğulayıb və 2026-cı ilin möhtəşəm olacağına əminliyini ifadə edib.
“Dünən axşam ABŞ Prezidenti və birinci xanımla gözəl şam yeməyi oldu. 2026-cı il möhtəşəm olacaq”, — deyə İlon Mask bildirib.
Türkanə Məşədiyeva

11:31 05.01.2026
Oxunuş sayı: 2739