Həmədanda etirazlar zamanı Qurani-Kərim yandırılıb
Yanvarın 1-də İranın Həmədən şəhərinin Sədəf rayonunda baş verən etiraz aksiyaları zamanı nümayişçilər bir neçə dini kitabı, o cümlədən Qurani-Kərimi yandırıblar. Hadisə bölgədə ciddi gərginliyə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, təxminən 20 nəfərdən ibarət başqa bir etirazçı qrup şəhərdə yerləşən məscidlərdən birinə hücum etməyə cəhd göstərib. Lakin hadisə yerinə vaxtında cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edərək hücumun qarşısını alıblar.
Hazırda hadisə ilə bağlı əlavə məlumat verilməsə də, təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarət altında saxlanılır.
Sevinc Yarməmmədova
15:18 02.01.2026
Oxunuş sayı: 1530