Naxçıvanda 29 sm qar yağıb
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.
Crossmedia-az Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.
09:44 28.12.2025
Oxunuş sayı: 1280