Suriya XİN rəhbəri: Əsədin devrilməsi Rusiyanın Suriyadan getməsi demək deyil
Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Həsən Əsəd Şeybani ölkəsindəki siyasi proseslər və böyük güclərlə aparılan danışıqlar barədə açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, 2024-cü ilə qədər Suriya strateji seçim qarşısında qalıb. Şeybaninin sözlərinə görə, İran artıq Bəşər Əsəd rejiminə əvvəlki kimi ciddi dəstək göstərə bilmirdi və təsiri xeyli zəifləyib. Bununla belə, Ukrayna müharibəsinə baxmayaraq, Rusiyanın Suriyada hələ də aktiv mövqeyini qoruduğunu qeyd edib.
Nazir vurğulayıb ki, Əsəd rejiminin devrilməsindən qısa müddət əvvəl Rusiya ilə birbaşa danışıqlar aparılıb. Onun sözlərinə görə, yüksək vəzifəli rusiyalı məmurla keçirilən görüş zamanı birbaşa Prezident Vladimir Putinlə ünsiyyətdə olduğu təəssüratı yaranıb. Danışıqlarda Türkiyənin vasitəçiliyi olmayıb və əlaqə birbaşa qurulub.
Şeybani əlavə edib ki, Rusiya tərəfi Suriyanın əsas mesajını ciddi qəbul edib. Bu mesaj Bəşər Əsədin devrilməsinin Rusiyanın Suriyadan çıxması anlamına gəlmədiyi ilə bağlı olub.
14:17 27.12.2025
Oxunuş sayı: 1164