Kişineudakı balaca soydaşlarımızın Həmrəylik Günü sevinci
Moldova Azərbaycanlıları Konqresinin (MAK) nəzdində fəaliyyət göstərən həftəsonu məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan dərs keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Dərsdə Moldova Respublikası Parlamentinin deputatı Adrian Belutsel, Moldova Respublikası Parlamentinin sabiq deputatı Vitali Jakot, MAK-nın sədri Elçin Bayramov, eləcə də Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Qonaqlar bayram əhval-ruhiyyəsi ilə qarşılanıb, şagirdlər Azərbaycanın milli rəqslərini ifa ediblər.
MAK-nın sədri Elçin Bayramov Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib. Həmçinin həftəsonu məktəbinin diaspor mühitində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, mədəni varisliyin təmin edilməsində və gənc nəslin ana dilə sevgi ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Vitali Jakot çıxışında məktəbin son bir il ərzində əldə etdiyi uğurlardan danışıb, onun inkişaf yolunu daim izlədiyini və bu tədris ocağının güclü, perspektivli layihəyə çevrilməsi ilə qürur duyduğunu qeyd edib.
Sonda şagirdlərə bayram münasibətilə hədiyyələr təqdim olunub.
17:10 26.12.2025
Oxunuş sayı: 1038