Ölkədə iqtisadi problemlər dərinləşir, problemli kreditlər artır - Ekspert bədbindir
Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib.
Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət oktyabrın sonuna 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il noyabrın sonuna isə 1,7 % olub.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov problemli kreditlərin artma səbəbi barədə Crossmedia.az-a danışıb.
"Əsas səbəb, əlbəttə, həm əhalinin, həm sahibkarların gəlirlərinin azalması ilə bağlıdır. Bu proses get-gedə dərinləşəcək. Çünki ölkəfə iqtisadi problemlər artır.”
Fatimə Eynullazadə
18:20 25.12.2025
Oxunuş sayı: 1804