“Bakı 1501” romanı İsveçdə nəşr olunub
İsveçin “Lava” nəşriyyatında Xalq yazıçısı Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanı ilk dəfə ingilis dilində nəşr olunub.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Romanın ingilis dilinə tərcüməçisi və redaktoru İsveçdə fəaliyyət göstərən “Qobustan-Aydınlar Ocağı”nın sədri Səadət Kərimidir.
XVI əsrin əvvəllərində baş verən mühüm hadisələri, Azərbaycan tarixinin bədii təcəssümünü oxucuya təqdim edən əsərin ingilis dilində nəşri milli ədəbiyyatımızın, tariximizin və mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması, tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
14:07 25.12.2025
Oxunuş sayı: 1620