Torontoda Əliheydər Mirzəbəyovun 60 illik yubileyi keçirilib
Kanadanın Toronto şəhərində bəstəkar və musiqiçi Əliheydər Mirzəbəyovun 60 illik yubileyi münasibətilə musiqili tədbir keçirilib.

Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Şəhərin “Fairview Library Theatre” salonunda təşkil olunan tədbirdə Kanada–Azərbaycan icmasının üzvləri, mədəniyyət xadimləri, musiqisevərlər iştirak edib.
Tədbirdə Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun tanınan sənətçiləri - Həsən Ənami, Məhəmməd Əman, Yusif Savalan və başqaları Əliheydər Mirzəbəyovun müxtəlif illərdə bəstələdiyi əsərləri ifa ediblər. Həmçinin Kanada Azərbaycan Evinin nəzdindəki “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupunun çıxışı gecəyə xüsusi ovqat və milli ruh qatıb.
18:02 23.12.2025
Oxunuş sayı: 1151