Maliyyə Nazirliyi əsas fondlara amortizasiya normalarını tənzimləyən təlimatı təsdiqləyib
Maliyyə Nazirliyinin Kollegiyası "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.
Qərara əsasən, əsas fondlara amortizasiya məbləğlərinin hesablanması aşağıdakı kimi həyata keçiriləcək:
- il ərzində istismara verilmiş əsas fondlar üzrə istismara verildiyi gündən (istismara verilmə tarixi daxil olmaqla) ilin sonunadək müəyyən olunmuş normalar hədlərində günlük amortizasiya hesablanılır;
- il ərzində istismardan çıxarılmış və ya əvəzsiz verilmiş əsas fondlar üzrə ilin əvvəlindən istismardan çıxarılan tarixədək (istismardan çıxarılma tarixi daxil olmaqla) müəyyən olunmuş normalar hədlərində günlük amortizasiya hesablanılır;
- əvəzsiz alınmış və istifadə edilmiş əsas fondlar üzrə istismara verildiyi gündən (istismara verilmə tarixi daxil olmaqla) ilin sonunadək bu aktivlər üzrə qalan faydalı istifadə müddətinə uyğun olaraq müəyyən edilmiş normalar hədlərində günlük amortizasiya hesablanılır;
- istismarda olan əsas fondlar üzrə amortizasiya məbləği müəyyən olunmuş normalar hədlərində ildə bir dəfə hesablanılır.
Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
16:25 23.12.2025
Oxunuş sayı: 1050