Rotterdamda Benilüks Azərbaycanlıları Konqresinin 19 illiyi qeyd olunub
Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəaliyyətinin 19 illiyi qeyd edilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Konqresin sədri Elsevər Məmmədov çıxışı zamanı təşkilatın 19 illik fəaliyyəti, bu müddət ərzində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verib.
BAK sədri qonaqları Benilüks Azərbaycanlıları Konqresinin 19 illiyi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, bu cür tədbirlərin soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyini söyləyib.
Tədbir zamanı konqresin gələcək perspektivi, yeni layihələri və prioritet istiqamətləri geniş müzakirə olunub. BAK-nın milli maraqlarımızın müdafiəsi, gənclərin diaspor fəaliyyətinə cəlb olunması və mədəni tədbirlərin təşkili istiqamətində fəaliyyətini daha da genişləndirəcəyi qeyd edilib.
BAK sədrinin birinci müavini Sima Cəfərovanın Cənubi Azərbaycan mövzusunda qələmə aldığı musiqili marş səsləndirilib və maraqla qarşılanıb.
Sonda tədbirdə iştirak edən BAK üzvlərinə yeni vəsiqələr təqdim olunub.
16:17 23.12.2025
Oxunuş sayı: 923