Pakistanda polis maşınına hücum nəticəsində 5 polis həlak olub
Pakistanın Xayber-Paxtunxva əyalətinin Karak bölgəsində yerləşən Qurquri rayonunda baş verən silahlı hücum nəticəsində beş polis əməkdaşı həyatını itirib.
Crossmedia.az xəbər verir ki,hadisə naməlum silahlı şəxslərin polis avtomobilinə hücumu zamanı baş verib. Hücum nəticəsində avtomobildə olan beş polis əməkdaşı hadisə yerindəcə həlak olub. Hücumun motivləri və arxasında kimin dayandığı hələlik məlum deyil.
Hadisə yerinə böyük sayda polis qüvvələri cəlb olunub və ərazidə genişmiqyaslı axtarış-xilasetmə və istintaq tədbirləri həyata keçirilir. Hücumun təşkilatçılarının müəyyənləşdirilməsi və ələ keçirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, Xayber-Paxtunxva əyaləti son illərdə silahlı qruplaşmaların fəallığı ilə əlaqədar tez-tez zorakılıq halları ilə gündəmə gəlir. Rəsmi orqanlar hadisə ilə bağlı araşdırma aparır və ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.
Nastya Qəniyeva
12:00 23.12.2025
Oxunuş sayı: 997