Gürcüstanın keçmiş Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili həbs edilib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Liluaşvilinin bir qrup şəxs ilə əvvəlcədən planlaşdırılmış şəkildə rüşvət aldığı və bunun 11 ildən 15 ilədək həbs cəzası ilə nəticələnə biləcəyi bildirilir.
Oktyabrın əvvəlində Gürcüstanda hökuməti devirməyə cəhd etdikləri iddia edilən 13 nəfər saxlanılıb. Oktyabrın 4-də ölkədə yerli seçkilər keçirilib, vətəndaşlar şəhər və bələdiyyə merlərini, eləcə də şəhər şurası üzvlərini seçiblər. Seçkilər fonunda müxalifət üzvləri Tbilisidə etiraz aksiyaları keçiriblər; aksiyalar polis ilə toqquşmalara çevrilib, göz yaşardıcı qazdan istifadə olunub, bir sıra insanlar yaralanıb və etirazçılar prezident sarayına basqın etməyə cəhd göstəriblər.
Nəzrin Abbas
11:40 23.12.2025
Oxunuş sayı: 1177