Qazaxıstan və Yaponiya arasında 3,7 milyard dollarlıq sazişlər imzalanıb
Qazaxıstan və Yaponiya arasında ümumilikdə 60-dan çox ikitərəfli sənəd, o cümlədən kommersiya müqavilələri imzalanıb. Sazişlərin ümumi dəyəri 3,7 milyard ABŞ dollarından çoxdur.
Crossmedia.az bildirir ki, imzalanan sənədlər müxtəlif sahələri əhatə edir və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Eyni zamanda, bu razılaşmalar Yaponiya biznes dairələrinin Qazaxıstandakı layihələrə artan marağından xəbər verir.
11:28 23.12.2025
Oxunuş sayı: 1117