Azərbaycanlılarda unikal dağ genləri aşkarlandı
Rusiyalı genetiklər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan insanlarda əvvəllər məlum olmayan genetik dəyişikliklər müəyyən ediblər. Bu dəyişikliklər həmin insanların oksigen çatışmazlığı olan yüksək dağlıq ərazilərdə rahat yaşamasına imkan verir.
Crossmedia.az xəbər verir ki,aparılan tədqiqat nəticəsində EGLN1 və SPRTN genlərinin unikal variantları aşkarlanıb. Bu genlər insan orqanizminin hipoksiyaya,yəni oksigen çatışmazlığına—uyğunlaşmasına və genetik materialın qorunmasına cavabdehdir. Alimlərin sözlərinə görə, bu cür mutasiyalar dünyanın digər dağlıq bölgələrində yaşayan əhali arasında müşahidə olunmur.
Tədqiqatçılar Qafqaz bölgəsini “təkamül laboratoriyası” adlandırır və bildirirlər ki, bu kəşf gələcəkdə ürək və ağciyər xəstəliklərinin müalicəsində mühüm rol oynaya bilər.
Alimlər bu genetik xüsusiyyətlərin qədim dövrlərdən bəri dağlıq ərazilərdə yaşayan insanların mühitə uyğunlaşması nəticəsində formalaşdığını ehtimal edirlər. Araşdırmanın nəticələri beynəlxalq elmi ictimaiyyət tərəfindən də maraqla qarşılanıb.
Nastya Qəniyeva
10:55 23.12.2025
Oxunuş sayı: 1135