ABŞ Donanması “Tramp” adlı yeni döyüş gəmilərinin hazırlanmasına başlayacaq
ABŞ Hərbi Dəniz Qüvvələri donanmanın gücləndirilməsi məqsədilə “Tramp” adlandırılacaq yeni döyüş gəmiləri sinfinin hazırlanmasına start verəcək. Layihə çərçivəsində həmçinin ABŞ donanmasının tarixində ən iri ölçülü iki linkorun inşa edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki,məlumata görə, bu linkorlar yalnız ölçülərinə görə deyil, həm də texniki imkanlarına görə indiyədək mövcud olan bütün hərbi gəmilərdən üstün olacaq. Gəmilər ənənəvi artilleriya sistemləri və müxtəlif tipli raket silahları ilə yanaşı, ən müasir hərbi texnologiyalarla təchiz ediləcək.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, yeni linkorların silahlanmasına hipersəs sürətli raketlər, relsotronlar, yəni elektromaqnit topları, eləcə də yüksək gücə malik döyüş lazer qurğuları daxil ediləcək. Bu texnologiyalar gəmilərə həm hava, həm dəniz, həm də uzaqmənzilli hədəflərə qarşı üstünlük qazandıracaq.
Mütəxəssislər bildirirlər ki, “Tramp” sinifli döyüş gəmiləri ABŞ-ın qlobal dəniz üstünlüyünü möhkəmləndirməyi, potensial rəqiblərə qarşı çəkindirici gücü artırmağı və gələcək müharibələrin tələblərinə cavab verən yeni nəsil donanma formalaşdırmağı hədəfləyir.
Nastya Qəniyeva
10:50 23.12.2025
Oxunuş sayı: 1190