Tramp Makronu dərmanların qiymətini artırmağa məcbur etdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla apardığı danışıqlar barədə qalmaqallı açıqlama verib. Onun sözlərinə görə, o, Makronu Fransada dərmanların qiymətini artırmağa çağırıb və əks halda ABŞ-ın Fransa məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Çox yaxşı bir insan — Makronla danışdım. Sonra dedim: ‘Emmanuel, sən dərmanların qiymətini artırmalısan’. O isə cavab verdi: ‘Yox, yox, yox’. Mən isə dedim: artırmalısan. Əgər bunu etməsən, Fransa ABŞ-a nə satırsa, hamısına 25 faizlik gömrük rüsumu tətbiq edəcəyəm”, — deyə Tramp bildirib.
Keçmiş prezidentin bu açıqlaması ABŞ-la Avropa İttifaqı ölkələri arasında ticarət və səhiyyə sahəsində mövcud olan gərginlikləri bir daha gündəmə gətirib. Analitiklərin fikrincə, Trampın mövqeyi ABŞ dərman şirkətlərinin maraqlarını qorumağa yönəlib və Avropa ölkələrində dərmanların daha ucuz satılmasına qarşı təzyiq mexanizmi kimi qiymətləndirilir.
Rəsmi Paris isə Trampın bu bəyanatına hələlik münasibət bildirməyib. Ekspertlər hesab edirlər ki, belə çağırışlar iki ölkə arasında ticarət münasibətlərinə mənfi təsir göstərə və yeni rüsum mübahisələrinə yol aça bilər.
Nastya Qəniyeva
10:34 23.12.2025
Oxunuş sayı: 1055