Call of Duty və Battlefield oyunlarının yaradıcısı Vins Zampella vəfat edib
Məşhur oyun sənayesinin tanınmış simalarından olan Call of Duty və Battlefield seriyalarının yaradıcılarından biri, oyun tərtibatçısı Vins Zampella 55 yaşında dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki,məlumata görə, hadisə ABŞ-ın Kaliforniya ştatında, Los-Ancelesin şimalında yerləşən San-Qabriel dağlarında baş verib. Vins Zampellanın idarə etdiyi avtomobil naməlum səbəbdən yoldan çıxaraq beton maneəyə çırpılıb və dərhal alovlanıb.
Qəza zamanı sürücü avtomobildə sıxışıb qalıb və hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin isə zərbənin təsirindən ön şüşədən çölə düşüb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, reanimasiya şöbəsində həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır. Zampellanın ölümü oyun dünyasında böyük itki kimi qiymətləndirilir. Onun rəhbərliyi və ideyaları ilə yaradılan layihələr illərdir milyonlarla oyunçu tərəfindən sevilərək oynanılır.
Nastya Qəniyeva
10:30 23.12.2025
Oxunuş sayı: 1242