Avropada Rusiya ilə müharibəyə gizli hazırlıq gedir
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropada qapalı qapılar arxasında Rusiya ilə mümkün müharibəyə hazırlıq prosesi aparılır. Onun sözlərinə görə, hazırda birbaşa hərbi toqquşma baş verməsə də, təhlükə hələ də qalmaqdadır.
“Bu Milad bayramı müharibəsiz keçəcək. Lakin müharibə təhlükəsi aradan qalxmayıb”, – deyə Orban vurğulayıb.
Crossmedia.az xəbər verir ki,Macarıstan hökumət başçısı qeyd edib ki, Avropa ölkələrinin bəzi siyasi dairələrində gərginliyin artmasına səbəb ola biləcək addımlar müzakirə olunur və bu, regionda sabitlik üçün ciddi risklər yaradır. O, münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdıraraq, diplomatik yolların üstün tutulmasının zəruri olduğunu bildirib.
Viktor Orban əlavə edib ki, Macarıstan müharibənin dərinləşməsinin əleyhinədir və ölkəsi sülhün qorunması istiqamətində mövqeyini dəyişməyəcək. Onun sözlərinə görə, Avropa təhlükəsizliyi üçün emosional deyil, rasional və məsuliyyətli qərarlar qəbul olunmalıdır.
Nastya Qəniyeva
09:42 23.12.2025
Oxunuş sayı: 1111