İsa Həbibbəyli: Yusif Səmədoğlu ədəbiyyatda əbədiyyət qazanmış sənətkardır
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.
Crossmedia.az-a açıqlamasında akademik İsa Həbibbəyli bildirib ki, Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş bugünkü konfrans yazıçının əsərlərinin mütaliə olunmalı, dərindən öyrənilməli və elmi baxımdan araşdırılmalı olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, Yusif Səmədoğlunun yaradıcılığı elmi mühit üçün daim maraq doğurur və bu sahədə artıq ciddi ədəbi maraq formalaşıb.
İsa Həbibbəyli qeyd edib ki, konfrans çərçivəsində səsləndirilən mövzuların hər biri yerində və son dərəcə dəyərli idi. Akademikin fikrincə, Yusif Səmədoğlunun düşüncə dünyası həm fəlsəfi, həm də elmi baxımdan yüksək dəyər daşıyır.
Akademik vurğulayıb ki, Yusif Səmədoğlu artıq Azərbaycan ədəbiyyatında əbədiyyət qazanmış sənətkar kimi qəbul olunur.
Nigar Yahyazadə
18:06 18.12.2025
Oxunuş sayı: 985