Qazaxıstanda gənclər arasında interaktiv oyun keçirilib
Qazaxıstanın Kostanay bölgəsində fəaliyyət göstərən “Birlik” Azərbaycan İctimai Birliyinin gənclər qanadı Qazaxıstan Respublikasının Müstəqillik Gününü qeyd etmək məqsədilə interaktiv oyun keçirib. Tədbirdə bölgənin müxtəlif etnik-mədəni birliklərini təmsil edən 6 komanda yarışıb.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Gənclər Qazaxıstanın tarixi, mədəniyyəti və milli dəyərləri ilə bağlı tapşırıqları yerinə yetirərək biliklərini genişləndiriblər. Komandalar həm proaktivlik, həm birlik, həm də komanda ruhunu nümayiş etdiriblər.
Sonda bütün iştirakçılar “Birlik” İctimai Birliyi tərəfindən Qazaxıstanın simvollarını əks etdirən suvenirlər ilə mükafatlandırılıblar.
Keçirilən kvest gənclərin ictimai həyatda fəal iştirakının, millətlərarası dostluğun və qarşılıqlı hörmətin parlaq nümunəsi kimi yadda qalıb.
19:03 17.12.2025
Oxunuş sayı: 1049