Praqada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Tədbir Çexiyada fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin və Azərbaycanın Çexiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində oynadığı misilsiz rolundan, müasir Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında göstərdiyi tarixi xidmətlərindən danışıblar. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndər tərəfindən əsası qoyulan siyasi xətti yeni tarixi reallıqlara uyğun şəkildə uğurla inkişaf etdirdiyini vurğulayıblar.
Tədbirdə nümayiş etdirilən “Heydər Əliyev və mədəniyyət” adlı film böyük maraq və diqqətlə izlənilib.
18:24 16.12.2025
Oxunuş sayı: 906