"Bitcoin"in qiyməti 92 min dolları ötüb - Kriptobirjada son durum
Kriptovalyuta birjasında son sutka ərzində artım dinamikası müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, “bitcoin” son 24 saatda 3,00% və ya 2 700 ABŞ dolları bahalaşaraq 92 584 ABŞ dolları səviyyəsinə yüksəlib.
Ethereum isə 6,82% və ya 212 ABŞ dolları bahalaşıb və 3 318 ABŞ dollarına bərabər olub.
Bazar dəyərinə görə ilk onluqda yer alan digər kriptovalyutalar- Tether 0,03%, XRP 1,59%, BNB 0,01%, USDC 0,04%, Solana 4,82%, TRON 0,07%, Dogecoin 4,61%, Cardano isə 8,08% bahalaşıb.
Analitiklər qeyd edirlər ki, əsas kriptovalyutalarda müşahidə olunan ümumi artım investorların risk iştahasının yüksəlməsi, ABŞ-da monetar siyasətlə bağlı yumşalma gözləntiləri və iri investorların bazara qayıtması fonunda formalaşıb.
09:15 10.12.2025
Oxunuş sayı: 1135