Pakistan-Əfqanıstan sərhədində atışma: tərəflər bir-birini günahlandırır
Pakistan və Əfqanıstan hərbçiləri arasında 5 dekabr gecə saatlarında Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında artilleriya atışması baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan rəsmilərinin sözlərinə görə, ilk olaraq Əfqanıstan qüvvələri Pakistan ərazisini minaatanlarla atəşə tutub. Lakin Taliban hökumətinin nümayəndəsi Zabihullah Mücahid bildirib ki, Əfqanıstan hərbçiləri Pakistana məxsus zərbələrə cavab olaraq atəş açıblar. Onun sözlərinə görə, Pakistan ordusu Kəndəhar vilayətinin Spin-Boldak rayonunu hədəfə alıb.
Mənbələrin məlumatına görə, atışma yerli vaxtla saat 22:00 radələrində başlayıb və gecə yarısına qədər davam edib. Hadisə nəticəsində üç yaralı xəstəxanaya çatdırılıb. Ölənlərin olduğuna dair məlumat verilməyib.
Türkan Kərimli
12:50 06.12.2025
Oxunuş sayı: 1365