Pavel Durov: Avropa İttifaqı söz azadlığını senzura etməyən şirkətləri cəzalandırır
Telegram messencerinin qurucusu Pavel Durov bildirib ki, Avropa İttifaqı söz azadlığını senzura etməyə razı olmayan şirkətləri cəzalandırmaq üçün yerinə yetirilməsi mümkün olmayan qaydalar tətbiq edir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Durov həmçinin qeyd edib ki, Aİ əsasən “narahatlıq yaradan” və fərqli fikirlərin səsləndiyi platformaları hədəf alır.
O, əlavə edib ki, alqoritmik olaraq istifadəçiləri məhdudlaşdıran platformalara isə demək olar ki, toxunulmur, baxmayaraq ki, onların qanunsuz məzmunla bağlı problemləri daha ciddi ola bilər.
Pərvin Hacıyeva
15:55 06.12.2025
Oxunuş sayı: 904