Dələduzluqda şübhəli 10 nəfər saxlanılıb
Dələduzluğa görə axtarışda olan 10 nəfər dekabrın 5-də əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bununla yanaşı, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
14:32 06.12.2025
Oxunuş sayı: 1178