Kiyev vilayətində partlayışlardan sonra enerji infrastrukturu zədələnib
Kiyev vilayətində gecə baş verən partlayışlar nəticəsində enerji infrastrukturu zədələnib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini Aleksiy Kuleba məlumat verib. Hadisə yerində fövqəladə hallar xidməti çalışır.
Energetika Nazirliyi də ziyanın təsdiqləndiyini və elektrik verilişində planlaşdırılan fasilələrin artacağını bildirib. Yerli media Bila Tserkvada güclü partlayışların və tüstünün müşahidə olunduğunu yazıb.
Rusiya qüvvələrinin Kiyev ətrafındakı sənaye və hərbi obyektləri hədəfə aldığı bildirilir.
Nəzrin Abbas
15:08 06.12.2025
Oxunuş sayı: 921