Paşinyan məsuliyyətsiz, cahil və axmaqdır - Köçəryan sərt danışdı
“Nikol Paşinyan 2018-ci ildə nə etdi?”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu tərəfdarları ilə görüş zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
“Danışıqlar prosesini pozdu, birtərəfli şəkildə “Qarabağ Ermənistandır, vəssalam” dedi və əslində elə bir vəziyyət yaratdı ki, bu, Azərbaycanın müdaxiləsi üçün legitimlik siqnalına çevrildi. Biz bunu etmirdik ki, 1994-cü ildə, 1997-ci ildə, 2000-ci ildə və 2008-ci ildə bu cür problemlər yaşamayaq. Bu, məsuliyyətsizliyin ən yüksək dərəcəsidir, daha doğrusu, cəhalətin, axmaqlığın tətbiqi idi. Bizim danışıqlar prosesimizin təminatçıları ABŞ, Rusiya və Fransa, Fransanın timsalında isə Avropa İttifaqı idi. Problemlər o zaman yarandı ki, Paşinyan bu üçlüyü rədd etdi”, - deyə Köçəryan bildirib.
15:41 06.12.2025
Oxunuş sayı: 876