Sırski: Ukrayna ABŞ yardımı olmadan da müharibəni davam etdirməyə hazırdır
Ukrayna ABŞ-nin köməyi olmadan da hərbi əməliyyatları davam etdirmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski telekanala müsahibəsində deyib.
General bununla belə, ABŞ-dan tam miqyaslı yardımın davam edəcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun yardımını azaltması halında Avropadakı Ukrayna müttəfiqləri bu rolu öz üzərlərinə götürməyə hazır olmalıdırlar.
Hərbçi həmçinin ümid etdiyini bildirib ki, Avropa ölkələri və Kiyevin digər tərəfdaşları lazım gələrsə, Ukraynanın Rusiyaya qarşı “ədalətli müharibə” aparması üçün bütün zəruri vasitələri təmin etməyə hazır olacaqlar.
Elə həmin müsahibədə Sırski bildirib ki, əgər münaqişə hazırkı cəbhə xətlərində dayandırılsaydı Ukraynada sülh ədalətli olardı.
General həmçinin aydın şəkildə bildirib ki, diplomatiya uğursuzluğa düçar olacağı təqdirdə, Ukrayna hərbçiləri döyüş meydanında mübarizəni davam etdirəcəklər və “bütün Avropanın taleyinin ortada olduğunu” xəbərdar edib.
Bundan əvvəl Sırski Avropanı “Rusiya ilə müharibəyə hazırlaşmağa” çağırmışdı.
Pərvin Hacıyeva
15:15 06.12.2025
Oxunuş sayı: 899