Cey Di Vens: Tramp Oval Ofisdə ayaqqabılarımıza görə bizi tənqid edib
ABŞ-nin vitse - prezidenti Cey Di Vens Trampın onu və Marko Rubionu Oval Ofisdə ayaqqabılarına görə tənqid etməsindən danışıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Vensin sözlərinə görə, görüş zamanı Tramp birdən ayaqqabılara diqqət çəkərək deyib: “Marko, Cey Di, sizin ayaqqabılarınız dəhşətlidir. Sizə normal ayaqqabı lazımdır”. O, kataloqdan ölçülərini soruşaraq Vens və Rubiolu 4 cüt ayaqqabı ilə hədiyyələyib.
Daha sonra Tramp əlavə edib: “Bilirsiniz, bir insan haqqında çox şeyi ayaqqabı ölçüsündən də öyrənmək olar”.
Pərvin Hacıyeva
16:00 06.12.2025
Oxunuş sayı: 897