Türkiyədə avtobus və yük maşını toqquşub: 6 ölü, 11 yaralı
Türkiyənin Osmaniye vilayətində sərnişin avtobusu yük maşınına çırpılıb.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Məlumata görə, toqquşma nəticəsində avtobusa ciddi ziyan dəyib və bəzi sərnişinlər içəridə qalıb. Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis cəlb edilib.
Qəza nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Yerli sakinlərin sözlərinə görə, ərazidə svetoforun düzgün yerləşdirilməməsi səbəbindən qəzalar tez-tez baş verir.
Nəzrin Abbas
14:27 06.12.2025
Oxunuş sayı: 1116