Rusiya Ukraynaya qarşı genişmiqyaslı kombinə olunmuş zərbə endirdi
Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı növbəti dəfə genişmiqyaslı, kombinə olunmuş hava hücumu həyata keçirib. Hücumda yüzlərlə təyyarə tipli kamikadze PUA, həmçinin müxtəlif daşıyıcılardan buraxılan onlarla qanadlı və hipersəs raketləri iştirak edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kiyev vilayətində enerji infrastrukturu obyektləri və dəmir yolu qovşağına ciddi ziyan dəyib. Ukraynanın ən böyük istilik elektrik stansiyalarından biri sayılan Krivorojski İES vurulub. Dnepropetrovskda da enerji sisteminin əsas obyektlərindən biri hədəfə alınıb. Bundan başqa, Xmelnitski vilayətinin Starokonstantinov şəhərində yerləşən hərbi aerodroma raket zərbəsi endirilib.
Ukrayna tərəfi isə cavab olaraq Rusiyanın Ryazan Neft Emalı Zavodunu vurduğunu bildirib.
Hadisə ilə bağlı tərəflər arasında informasiya qarşıdurması davam edir.
Türkanə Məşədiyeva
13:09 06.12.2025
Oxunuş sayı: 1484