Azərbaycan Türkiyənin dərman istehsalı şirkəti ilə əməkdaşlığı müzakirə edib
Azərbaycan Türkiyənin dərman və sağlamlıq məhsulları istehsal edən şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir bildirib ki, Türkiyənin "GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş." şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb
"Şirkətin ölkəmizlə səmərəli əməkdaşlığı və əczaçılıq sənayesi sahəsində perspektivlər barədə danışdıq. Birgə fəaliyyət çərçivəsində əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyəti, görülmüş işləri və gələcək planları nəzərdən keçirdik", - deyə M.Cabbarov qeyd edib.
16:35 02.12.2025
Oxunuş sayı: 832