Ağır sahələrdə çalışanlar erkən pensiyaya çıxma təcrübəsi genişlənir
Ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi, pensiya təminatının daha ədalətli və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində aparılan islahatlar çərçivəsində normativ hüquqi aktlarda mütəmadi olaraq yeniliklər edilir.
Bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilmiş son dəyişikliklərlə bağlı verdiyi izah xüsusi əhəmiyyət daşıyır. Qərarda öz əksini tapan yeniliklər xüsusilə zərərli və ağır əmək şəraitində, yeraltı işlərdə və incəsənətin xüsusi sahələrində çalışan şəxslərin erkən pensiya hüququnun daha dəqiq sənədlərlə təsdiq olunmasını və əlverişli qaydada müəyyənləşdirilməsini təmin edir. Eyni zamanda, fəaliyyətini dayandırmış müəssisələrdə işləmiş şəxslərin güzəştli stajının itirilməməsi üçün əlavə mexanizmlərin tətbiqi, həmçinin qulluq əlavəsi alanların pensiya hesablamasında daha yüksək məbləğin seçilməsi kimi yeniliklər sosial təminat sahəsində vətəndaş məmnunluğunu artırmağa yönəlmiş ardıcıl tədbirlərin tərkib hissəsidir.
Məsələ ilə bağlı iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, ölkəmizdə belə bir təcrübə mövcuddur və həmişə olub; buna ağır iş qrupları daxildir. Məsələn, hüquq-mühafizə orqanlarının işçilərini nümunə göstərmək olar. Gələcəkdə isə bu təcrübə daha da genişlənə və daha çox iş qrupunu əhatə edəcəyi istisna deyil".
Elmir Heydərli
12:27 02.12.2025
Oxunuş sayı: 1387