Magistral qaz kəmərlərinin gəlirləri artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 071 837,4 min manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,6% çoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında sözügedən göstərici 1 999 005 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 825 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 0,9% artım müşahidə olunub.
12:04 02.12.2025
Oxunuş sayı: 1279