Gənclər və İdman

İdmançılarımız Türkiyədə 7 qızıl medal qazanıblar

Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyə Respublikasının Antalya şəhərində keçirilən hərbçilər arasında I açıq Kikboksinq çempionatında iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər.

Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı, Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailandın hərbi qulluqçuları iştirak ediblər.

17:27 24.11.2024

Oxunuş sayı: 4911

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR