Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət təqdim etdi
Mədəniyyət Nazirliyi kino sənayesi üçün yeni elektron xidməti – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi prosesini rəqəmsal formada istifadəyə verib. Xidmət “MyCulture” vahid elektron kabineti və Nazirliyin rəsmi saytında əlçatandır.
Crossmedia.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni xidmət müraciətlərin qəbulunu sadələşdirir, sənəd dövriyyəsini avtomatlaşdırır və film istehsalçıları, nümayişçiləri və yayımçıları üçün prosesi daha sürətli və əlçatan edir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 minə yaxın ekran əsəri mövcud olduğundan rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır.
Elektronlaşma həm də xarici kino şirkətlərinin Azərbaycanda fəaliyyətini asanlaşdıracaq və beynəlxalq kino əməkdaşlıqlarının genişlənməsinə töhfə verəcək.
09:55 28.11.2025
Oxunuş sayı: 1484