Gürcüstanda Azərbaycan yük maşınlarının saxlanılması 20 günü ötüb
Batumi və Tbilisi keçid məntəqələrində Azərbaycan yük maşınları tütün məhsulları ilə artıq 20 gündən çoxdur saxlanılır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sürücülərin bildirdiyinə görə, Gürcüstan yük maşınları buraxılır, lakin Azərbaycan yük maşınlarının saxlanmasının səbəbləri açıqlanmır.
Saxlanılan maşınlar Maliyyə Polisi nəzarətinə verilib. Qeyd olunur ki, yük tranzit olaraq Avropaya daşınmalı idi.
Sürücülər gömrük işçilərinin kobud davrandığını və izahat vermədiyini bildirirlər. Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğu və Tbilisidəki səfirliyi məsələ ilə məşğuldur və problemin həlli üçün çalışır.
Fidan Quliyeva
17:36 25.11.2025
Oxunuş sayı: 1145